ABŞ-ın energetika mərkəzi sayılan və çoxsaylı soydaşlarımızın yaşadığı Texas ştatının dövlət katibi Rut Hyuz tərəfindən Azərbaycan Xalq  Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü ilə əlaqədar rəsmi təbrik bəyannaməsi yayılıb.

Dövlət katibi bəyanatda Texas ştatının bu ildönümünü bayram etmək üçün Azərbaycana qoşulduğunu bildirərək, əcdadlarımızın demokratiyanın yayılması üçün verdiyi töhfələri unutmamağı və qeyd etməyi tövsiyə edir.

Xatırladaq ki, bundan öncə ABŞ-ın Arizona ştatının paytaxtı olan Finiks şəhərinin meri 28 Mayı “Azərbaycan Milli Günü” elan etmişdi.