Kiyev şəhərindəki Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın milli bayramı, 28 May – Respublika Gününə həsr olunmuş onlayn konsert keçirilib.

Onlayn konsertdə mərkəzin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov, ukraynalı aktrisa, müğənni Natalya Kudryaşova Azərbaycan mahnılarını səsləndiriblər. Mərkəzin nəzdində fəaliyyət göstərən rəqs qrupu Azərbaycanın milli rəqsini ifa edib. Bəstəkarlarımızın mahnılarının Ukrayna dilində səsləndirilməsi, Azərbaycanın milli rəqs nömrələri konserti onlayn izləyən tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Q.Abbasov bildirib ki, karantin dövründə onlayn konsertlər davam etdiriləcək. O, karantindən sonra Ukraynanın bölgələrində konsertlərin keçiriləcəyini vurğulayıb.