Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Unudulmayanlar” layihəsinin növbəti təqdimatı görkəmli xanəndə Zülfi Adıgözəlova həsr olunub.

Layihənin  aparıcısı Gülhüseyn Kazımlı və musiqişünas, professor Nailə Rəhimbəyli muğam tariximizdə iz qoyan sənətkar haqqında söz açıb, xanəndənin arxivdə qorunan səs yazılarını izləyicilərə təqdim ediblər.

Nailə Rəhimbəyli şifahi ənənəli professional musiqimizin tarixində XX əsrin görkəmli xanəndəsi, təsnif və xalq mahnılarımızın mahir ifaçısı və təbliğatçısı Zülfi Adıgözəlovun mühüm rol oynadığını deyib.

Qeyd edək ki, karantin rejimi tətbiq ediləndən və kütləvi tədbirlər təxirə salınan ilk günlərdən onlayn layihələrə start verən BMM-nin sözügedən layihəsi çərçivəsində Keçəçioğlu Məhəmməd, “Azərbaycan tarının atası” adlandırılan Sadıqcan və muğam sənətimizin xanı – Xan Şuşinskinin yaradıcılığından söz açılıb, ifalarının lent yazıları təqdim olunub.