Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunmuş “Böyük zəfərin başlanğıcı” adlı onlayn rəsm müsabiqəsinin qalibləri bəlli olub.

2016-cı ilin Aprel döyüşlərinə həsr olunmuş müsabiqə idarənin tabeliyindəki ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında təşkil edilib.

İki mərhələdən (rayon, şəhər) ibarət müsabiqə üç yaş qrupu üzrə (6-9, 10-14 və 15-18 yaş kateqoriyası) keçirilib. Müsabiqəyə 2000 rəsm işi təqdim olunub.

Ümumilikdə 9 iştirakçı (3 nəfər I yer, 3 nəfər II yer, 3 nəfər III yer) qalib seçilib. Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələr, hər kateqoriya üzrə fərqlənən daha 5 iştirakçı həvəsləndirici mükafat kimi tərifnamə ilə təltif olunacaq.