“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və AMEA Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 33-cü nömrəsi işıq üzü görüb.

Jurnalın bu nömrəsində professor Vidadi Muradovun “Fəxralı”, tarix üzrə fəlsəfə doktoru Tamilla Kərimovanın “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyəti (1923-1929-cu illər)”, akademik İsmayıl Hacıyevin “Mirbağır Mirbağırzadə: din xadimi, məfkurəli demokrat, inqilabçı və tanınmış tədqiqatçı”, dosent Gülçin Abdullayevanın “Azərbaycan əl xalçalarının tədqiqinə və kataloqlaşdırılmasına bir yanaşma haqqında”, tarix üzrə fəlsəfə doktoru Cavid Bağırzadənin “Qarabağ bölgəsinin İlk orta əsr qəbir abidələri” və s. materiallar yer alıb.

Jurnalın baş redaktoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri, Əməkdar incəsənət xadimi, tarix elmləri doktoru Vidadi Muradovdur.