Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub. AYB-dən verilən məlumata görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Çingiz Abdullayev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələri və əməkdaşlığın möhkəmlənməsində xidmətlərinə görə təltif edilir.