Azərbaycan Qafqazın ən zəngin ölkəsidir. Ölkənin hər yerində tərəqqi, quruculuq işləri görünür.

Bu fikirlər Fransa və Almaniyanın birgə təşkilatçılığı ilə 1992-ci ildən fəaliyyət göstərən ARTE televiziya kanalında yayımlanan “Qafqaz 30 gündə: Azərbaycanın kəşfində” adlı verilişdə bildirilib.

Aparıcı Azərbaycanla Ermənistan arasındakı kontrastı göstərmək üçün müqayisə apararaq bildirib ki, Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur.

Həmçinin verilişdə Azərbaycan mədəniyyəti və mətbəxi haqqında da məlumat verilib. Ölkəmizin incəsənət nümayəndələri ilə görüşlər və onlarla müsahibələr verilişdə yer alıb.

Verilişə aşağıdakı linkdə baxmaq olar: https://www.arte.tv/fr/videos/056783-009-A/le-caucase-en-30-jours/