Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialının əməkdaşları Sədaqət Hacıyeva və Zemfira Hacıyeva Xalq şairi Rəsul Rzanın (1910-1981) 110 illiyi münasibətilə “Azərbaycanın novator şairi” adlı videoçarx hazırlayıblar. Videoçarx şairin “Çinar” şeiri əsasında hazırlanıb.

XX əsr Azərbaycan şeirinin ən görkəmli nümayəndələrindən biri Rəsul Rza “Pəncərəmə düşən işıq”, “Duyğular, düşüncələr”, “Dözüm”, “Dünən, bu gün, sabah”, “Güneylər, quzeylər”, “Üzü küləyə”, “Rənglər” şeirlər toplularının, “Qız qalası”, “Qızılgül olmayaydı” poemaları, “Vəfa”, “Görüş” pyesləri və s. əsərlərin müəllifidir. R.Rzanın lirik-epik səpkidə yazılmış “Qızılgül olmayaydı” poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biri sayılır. Poemanın mövzusu nakam şair Mikayıl Müşfiqin taleyindən götürülüb.