Görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik, Dövlət mükafatı laureatı Arif Məlikovun (1933 – 2019) Fəxri xiyabandakı məzarı üzərində abidəsi ucaldılıb. Qəbirüstü abidənin müəllifi Xalq rəssamı, heykəltəraş Ömər Eldarovdur.

Heykəltəraş bildirib ki, qəbirüstü abidə bəstəkarın vəfatının ildönümü ərəfəsində ucaldılıb. Karantin rejiminə görə rəsmi açılış mərasimi keçirilməyib.

Arif Məlikov 9 may 2019-cu ildə vəfat edib.