Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” layihəsi tamaşaçılara yeni formatda təqdim ediləcək. Bundan sonra mərkəzin canlı konsertləri, həm də “Youtube” kanalı, “Facebook” və “İnstagram” səhifələri vasitəsilə yayımlayacaq.

Qeyd edək ki, muğam sənətimizi gələcək nəsillərə çatdırmaq məqsədilə 4 ildən bəri həyata keçirilən layihəyə tamaşaçılar hər zaman böyük maraq göstəriblər.

Bu arada BMM-də Muğam televiziya müsabiqəsi laureatlarının növbəti konserti olub. “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində təqdim olunan konsertdə BMM-in solistləri və Muğam televiziya müsabiqəsi qaliblərinin ifasında muğam və təsniflər, bəstəkar mahnıları səsləndirilib. Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır.