Formula 1 avtoyarışı üzrə dünya çempionatının 2020-ci ildə ilk 8 Qran-pri mərhələsinin  təqvimi açıqlanıb.

Formula 1 şirkətinin saytında yer alan məlumata görə, yarışın builki mövsümünə iyulun 3-5-də Avstriyada start veriləcək. Avstriya ikinci yarışa iyulun 10-12-də ev sahibliyi edəcək. İyulun 17-19-da Macarıstan Qran-prisi təşkil olunacaq. İyulun 31-dən avqustun 2-dək və avqustun 7-9-da Böyük Britaniyada iki yarış keçiriləcək. Avqustun 14-16-da İspaniyada, ayın 28-30-da Belçikada, sentyabrın 4-6-da isə İtaliyada yarışların təşkili nəzərdə tutulub.

Azərbaycan Qran-prisinin vaxtı isə hələ müəyyənləşməyib. Çempionatın ilkin təqviminə görə, Bakı şəhər halqasında yürüş iyunun 5-7-də keçirilməli idi. Formula 1-in rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq vəziyyəti nəzərə alaraq dekabra qədər ən azı 15-18 yürüşün təşkilini planlaşdırır.