Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli Musiqi məktəbində 28 May – Respublika Gününə həsr olunmuş videoçarx hazırlanıb və onlayn konsert keçirilib.

İdarədən bildirilib ki, xalqımızın şanlı tarixini əks etdirən videoçarxı məktəbin müəllimi Nigar İsmayılova hazırlayıb.

Konsertdə məktəbin şagird və müəllimlərinin ifasında Azərbaycan bəstəkarlarından A.Zeynallı, Niyazi, T.Quliyev, S.Rüstəmov, Ə.Tağıyevin, eləcə də xarici bəstəkarlardan K.Debüssi, K.Qardelin əsərləri səsləndirilib.

***

Bakı şəhəri 4 nömrəli İncəsənət məktəbinin 1-ci sinif şagirdi Ayan Məmmədlinin Respublika Günü ilə əlaqədar hazırladığı virtual tur sosial şəbəkələrdə məktəblilər tərəfindən maraqla qarşılanıb.

İncəsənət məktəbinin rəssamlıq sinfinin şagirdi olan Ayanın Azərbaycan İstiqlal Muzeyindən hazırladığı virtual səyahətdə Cümhuriyyətin yaranma tarixindən bəhs edilib. Dövlətimizin himni və müstəqillik tariximizlə bağlı məlumatların videoturda yer alması balaca qəlbin böyük vətən sevgisinin nümunəsidir.

LALƏ