“Mədəniyyət” kanalı tərəfindən 28 May – Respublika Günü münasibətilə görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi “Azərbaycan” mahnısına klip çəkilib.

İdeya müəllifi Ramil Qasımov olan layihədə Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə teatrın orkestri çıxış edib.

Vokal hissələrini isə Opera və Balet Teatrının solistləri, Xalq artisti Fidan Hacıyeva, əməkdar artistlər Cahangir Qurbanov, Fəridə Məmmədova, İlahə Əfəndiyeva, Fərid Əliyev və beynəlxalq müsabiqələr laureatı Taleh Yahyayev səsləndiriblər.