Şimali Kiprin Orta Doğu (Yaxın Şərq) Universitetinin Müasir İncəsənət Muzeyində Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın əsərləri sərgilənib.

Rəssam dünyada qorxu və narahatlığa səbəb olan yeni növ koronavirusla mübarizəyə fırçası ilə dəstək verib. Onun “Kipr rəqs festivalı”, “Girne qalası və qədim liman”, “Kipr keramikası”, “Zanbaq çiçəyi və akasiya” kimi əsərləri sənətsevərlərə təqdim olunub.

Əsmər Nərimanbəyova Azərbaycanın görkəmli fırça ustası, dövlət mükafatları laureatı, Xalq rəssamı Toğrul Nərimanbəyov və tanınmış heykəltəraş, Əməkdar rəssam Elmira Hüseynovanın ailəsində dünyaya göz açıb.