Türkiyənin TRT 2 televiziya kanalında tanınmış iranlı kinorejissor İsmail Monsefin “Kömür” bədii filmi Azərbaycan dilində nümayiş etdirilib.

“Kömür” bədii filmi rejissor İsmail Monsef tərəfindən Azərbaycan türkcəsində çəkilib. Filmin çəkiliş dilində və Türkiyə türkcəsində alt yazı ilə efirə çıxması böyük maraqla qarşılanıb.

“Kömür” bədii filmi İranın Azərbaycan vilayətlərindən birində kənddə yaşayan azərbaycanlı ailənin həyat dramıdır. Zəhmətkeş ailənin qarşılaşdığı problemdən ekran əsəri yaradan rejissor filmdə milli dəyərləri, ənənələri, dilin şirinliyini, həyat gerçəkliklərini böyük ustalıqla lentə ala bilib.

Qeyd edək ki, “Kömür” bir sıra beynəlxalq film festivallarında, o cümlədən İranın “Fəcr” Beynəlxalq Film Festivalında iştirak edib.