Gənclərə vətənpərvərlik hissini aşılamaq və inkişaf etdirmək, onların estetik zövqünü formalaşdırmaq, rəssamlıq sənətini təbliğ etmək və yeni istedadların üzə çıxarılmasına dəstək vermək məqsədilə Biləsuvar Regional Mədəniyyət İdarəsi tərəfindən keçirilən “Şanlı Azərbaycan Ordusu” virtual rəsm müsabiqəsi yekunlaşıb.

Müsabiqəyə idarənin əhatə etdiyi rayonlardan, eləcə də Bakı, Gəncə, Şəki, Ağdaşdan uşaq və gənclər tərəfindən ümumilikdə 137 rəsm təqdim edilib. Müsabiqənin münsiflərinin qərarı ilə yeddi iştirakçının əl işi regional idarənin diplom və fəxri fərmanına layiq görülüb.