Polşanın Rıbnik şəhərinin Gənclərin Mədəniyyət Mərkəzində balaca rəssamların əl işlərindən ibarət sərgi açılıb.

Mərkəzin 35 illiyinə həsr olunmuş sərgidə 35 ölkədən müəlliflərin rəsmləri nümayiş olunur. Bunların arasında azərbaycanlı rəssamların əl işləri də var. Sərgidə Türkiyə, Belarus, Slovakiya, Tailand, Çin, Almaniya və digər ölkələrdən olan balaca rəssamların göndərdikləri rəsmlər də yer alıb.

Yubiley tədbirlərinin daha geniş formatda keçirilməsi planlaşdırılsa da, koronavirusla bağlı elan edilmiş pandemiya səbəbindən mərkəz rəhbərliyi yalnız sərgi ilə kifayətlənməli olub.