Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” layihəsinin konsertləri mərkəzin “Youtube” kanalı vasitəsilə yayımlanaraq izləyicilərə təqdim olunur.

BMM-nin yeni yaradılan TV studiyası tərəfindən “Youtube” kanalı, “Facebook” və “İnstagram” səhifələri vasitəsilə yayımlanan konsertlərdə solistlər bir-birindən fərqli ifalarını muğamsevərlərə təqdim edirlər.

Bu günə kimi layihə çərçivəsində 4 konsert çəkilərək nümayiş olunub. Xanəndələr Almaxanım Əhmədli, Hüseyn Məlikov, Rəvanə Qurbanova və Elgiz Əliyevin çıxışları izləyici marağı doğurub.

Layihənin konsertlərini təqdim olunan linkdən izləyə bilərsiniz. https://www.youtube.com/watch?v=zYa4bwgWJHQ