Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı türkiyəli yazıçı-dramaturq Toyqun Orbayın pyesi əsasında hazırlanmış “21:15 qatarı” adlı tamaşanın nümayişi ilə iyun ayı üzrə virtual repertuarı yekunlaşdırıb.

Səhnə əsəri teatrın “Facebook” səhifəsi vasitəsilə təqdim olunub. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun səhnələşdirdiyi tamaşanın quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Akademik Milli Dram Teatrında 2015-ci ildə səhnələşdirilən tamaşanın janrı birhissəli “mövcudluq oyunu” kimi müəyyənləşdirilib. Əsas rollarda Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Sənubər İsgəndərli oynayır.