Yuğ Dövlət  Teatrının keçmiş direktoru Cəbrayıl İsrafilov 69 yaşında vəfat edib.

Cəbrayıl İsrafilov 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu dram-kino aktyoru ixtisası üzrə bitirib. Kurs yoldaşları ilə birgə elə həmin il dekabrın 6-da açılışı olan Lənkəran Dram Teatrının truppasının ilk üzvlərindən olub. Cəbrayıl İsrafilov Lənkəran teatrının səhnəsində müxtəlif maraqlı obrazlar yaradıb.

1991-2007-ci illərdə Yuğ Teatrının direktoru vəzifəsində çalışıb.

Allah rəhmət eləsin.