Alimlər koronavirus haqqında geniş yayılmış mifi təkzib ediblər

Pasiyentin qan qrupu onun COVİD-19 xəstəliyini ağır keçirməsinə və ölüm riskinə təsir etmir. “Annals of Hematology” jurnalı istinadla xəbər verir ki, Massaçusets xəstəxanasının və “Bet-İzrayel” tibb mərkəzinin mütəxəssisləri COVİD-19 testindən keçən 7648 pasiyentin məlumatlarını analiz ediblər.

Alimlər qan qrupunun xəstəxanaya yerləşdirilməyə, intubasiyanın zəruriliyinə və xəstənin ölümünə bilavasitə təsirini araşdırıblar.

Ekspertlər bildiriblər ki, qan qrupu və iltihabın pik işarələri, həmçinin klinik ağırlaşma göstəriciləri arasında heç bir əlaqə müəyyən edilməyib. Qan qrupunun intubasiya və ya ölüm riski ilə əlaqəsi yoxdur.

Tədqiqatçılar B (III) və AB (IV) qan qrupuna və eyni zamanda mənfi Rh-a malik insanların koronavirusa daha çox yoluxduğunu müəyyən ediblər. Alimlər qan qrupunun yoluxma riskinə təsir edə biləcəyi, lakin xəstəliyin ağırlaşması ilə əlaqəsinin olmadığı nəticəsinə gəliblər.