Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində “Azərbaycan ədəbiyyatı – gənclik seriyası” üzrə nəşrlər də işıq üzü görür.

Layihə üzrə yazar Rəvan Cavidin “Absurd menyu” adlı kitabı Türkiyə türkcəsində çapdan çıxıb.

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi esselər toplusu Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.