“Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin “Youtube” və “Facebook” sosial şəbəkəsindəki səhifələri vasitəsilə XX əsr aşıq ədəbiyyatının görkəmli nümayəndələrindən biri Narınc Xatunun 90 illiyinə həsr olunmuş “Ustadlarım gəlib-gedər, sazım-sözüm əbədidir” mövzusunda onlayn konsert təşkil edilib.

Yubiley tədbirini “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri Pərvanə Zəngəzurlu və bədii rəhbəri Güllü Eldar Tomarlı aparıblar.

Konsertdə söz-saz ustaları Cəvahir Qaraqızı, Aişə Səyyadqızı, Aidə Gülzar, İnci Şirvanlı, Nazənin Lerikli, Səbinə Gədəbəyli, Kəmalə Musazadə, Pərvanə Zəngəzurlu və Güllü Eldar Tomarlının ifasında milli ruhu yüksəldən şeirlər deyilib, aşıq havaları səsləndirlib.

Üç saata yaxın davam edən konserti sosial şəbəkələr üzərindən çoxsaylı tamaşaçı izləyib.