Tatarıstanın (Rusiya Federasiyası) paytaxtı Kazanda, “Smena” Müasir Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamların “Extension.az: Məxməri etiraflar” adlı sərgisi keçirilir.

Sərginin ekspozisiyasında 15 rəssamın sulu boya ilə çəkilmiş mənzərələrdən videoinstallyasiyalaradək müxtəlif janrlara aid əsərləri təqdim edilir.

Təşkilatçıların fikrincə, əsərlər Azərbaycanın müasir incəsənət dünyasına bələdçi rolunu oynayacaq, həmçinin sərgiyə gələnləri ölkəmizin tarixi və mədəniyyəti ilə tanış edəcək.

Sərgidə Aydan Salahova, Sədaqət Xəyal-Kuşku, Niyaz Nəcəfov, Fərhad Fərzəli, Törə Ağabəyova və digərlərinin əl işləri yer alıb.