Cəlilabad rayonunun Musalı kəndində yerləşən və yeni aşkar edilmiş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilən “Qazan köşkü” arxeoloji abidəsinə müdaxilə olunub.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının birgə səyi nəticəsində qanunsuz qazıntı işləri aparan şəxslər saxlanılıb.

Dövlət Xidmətindən verilən məlumata görə, hündür təpə üzərində yerləşən Orta əsrlərə (təqribən VIII-XIII əsrlər) aid “Qazan köşkü” müxtəlif vaxtlarda müşahidə məntəqəsi, qala, istehkam, sığınacaq yeri kimi istifadə olunub.