Milli Kitabxana 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə oxuculara virtual sərgi təqdim edib. Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan Milli Kino Günü” adlı sərgidə mövzuya dair təqdim olunan resurslar tam mətnləri ilə yer alıb.

Burada kino tariximizdən bəhs edən müxtəlif nəşrlər – kitablar, monoqrafiyalar, “Azərbaycan kinosu” adlı çoxcildli izahlı kataloq (tərtibçi Aydın Kazımzadə), milli kino sənətimizdəki ilklər haqqında məqalələr, Azərbaycan Kinosu Gününün təsis olunması haqqında ulu öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı, Prezident İlham Əliyevin Azərbaycan kinosunun 120 illiyi haqqında sərəncamı, digər sənədlər təqdim olunur.

Virtual sərgi ilə aşağıdakı linkdə tanış olmaq olar:

http://anl.az/el/vsb/Milli_kino_gunu/index.html