Cavid Zeynallının kitabı Türkiyədə nəşr olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində istedadlı gənc şair və yazıçıların əsərləri də Türkiyə oxucularında təqdim edilir.

Layihənin “Azərbaycan ədəbiyyatı – Gənclik seriyası”ndan bu dəfə gənc yazar Cavid Zeynallının “Coğrafiya müəlliminin pencəyi” adlı kitabı Türkiyə türkcəsində nəşr olunub.

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi kitab Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla çap edilib.