Böyük Britaniyanın məşhur gitara və rübab ifaçısı, dördqat “Qremmi” mükafatçısı Culian Brim 87 yaşında dünyasını dəyişib.

Culian Brim 1933-cü ildə Londonda dünyaya göz açıb. Atası fortepiano və elektro-gitarada caz ifaçısı olub. O, oğluna gitarada ifa etməyi öyrədəndən sonra Brim artıq 13 yaşında özünün ilk konsertini verir. İstedadlı ifaçı 15 yaşında ikən gitara və violonçel üzrə Britaniyanın aparıcı musiqi kolleclərinin birinə təqaüd qazanır. Elə o vaxt Culian Brim rübab alır və dünyada bu alətin tanınmış ifaçısına çevrilir.

XX əsrin ən yaxşı gitaraçılarından sayılan Culian Brim karyerası boyunca bir çox bəstəkar, musiqiçi və musiqi kollektivlərilə əməkdaşlıq edib. Onların arasında braziliyalı Eytor Vila-Lobosun orkestri, Benjamin Britten, Arnold Malkolm, Toru Takemitsu, Vilyam Volton, Lennoks Berkli və digər bəstəkarların adlarını çəkmək olar.