Avqustun 25-də Xalq şairi Fikrət Qocanın anadan olmasının 85 illiyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən ədibin həyat və yaradıcılığından bəhs edən virtual sərgi təqdim olunub.

Kitabxanadan bildirilib ki, virtual sərgidə şairin fəaliyyəti ilə bağlı rəsmi sənədlər, fotolar, müəllifi olduğu və haqqında yazılan kitablar, məqalələr təqdim edilir.

Virtual sərgini http://anl.az/el/vsb/Fikret_Qoca/index.htm linkindən izləmək olar.