Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Dədə Qorqud şöbəsi Türkiyənin İqtisadi İnkişaf İnstitutu ilə birlikdə onlayn formatda “Bəxtiyar Vahabzadə – Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı simpoziumu” keçirib.

Folklor İnstitutundan bildirilib ki, simpoziuma Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı rəhbərlik edib.

Simpoziumun plenar iclasında Ramazan Qafarlı və Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova çıxış ediblər.

“Bəxtiyar Vahabzadə poeziyasında insan və zaman konsepsiyası”, “Bəxtiyar Vahabzadə şeirlərinin estetikası”, “Bəxtiyar Vahabzadənin yaradıcılığında Azərbaycan ədəbiyyatının tədrisi məsələləri”, “Bəxtiyar Vahabzadə yaradıcılığında milli istiqlal motivləri”, “Bəxtiyar Vahabzadənin yaradıcılığında cəmiyyət problemləri”, “Adını türk ədəbiyyatı tarixinə böyük hərflərlə yazmış Azərbaycan oğlu”, “Kitabi-Dədə Qorqud obrazları Bəxtiyar Vahabzadənin yaradıcılığında”, “Məni siyasətdə deyil, şeirlərimdə axtarın” və s. mövzularda məruzələr dinlənilib.