Oktyabrın 28-də Türkiyənin Van şəhərində 5-ci Van gölü Beynəlxalq Film Festivalı işə başlayıb. Noyabrın 1-dək davam edən festivalda ölkəmizi İlqar Safatın “İçərişəhər” və Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmləri təmsil edir.
Hər iki film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.
“İçərişəhər” filminin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Rolları Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və başqaları canlandırır.
“Qırmızı bağ”ın ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”).
Filmdə Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri çəkiliblər.