Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi (RİMM) Rusiya Federasiyası Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyinin hazırladığı fotoşəkillərin birgə onlayn sərgisini təqdim edir.

RİMM-dən verilən məlumatda bildirilir ki, fotosərgi Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının yaradılmasının 100 illiyinə həsr olunub.

Muxtar respublikanın yaradılması regionun dövlətçiliyinin yenidən qurulmasında tarixi akt olub, onun ərazisində yaşayan bütün xalqların iqtisadi, siyasi və sosial-mədəni hüquqlarının reallaşmasında əhəmiyyətli rol oynayıb.