Bölgələrdə yaşayıb-yaradan rəssamlarla əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə reallaşan yeni layihə davam edir.

Qalereyadan bildirilib ki, layihənin əsas məqsədi bölgələrdə yaşayıb-yaradan rəssamların əlaqələr şəbəkəsini inkişaf etdirmək, onların tanınmasına zəmin yaratmaqdır. Bəzən rəssamlar yaradıcılıq fəaliyyətini¸ əsərlərini, bədii fikir və axtarışlarını geniş ictimaiyyətə təqdim etmək üçün zəruri addımları ata bilmirlər. Əgər bu fəaliyyətin tərkibinə əməkdaşlıq elementi daxil edilərsə, o zaman rəssamlar birgə işin, dərin təhlilin üstünlükləri ilə tanış olacaqlar.

Bunun üçün bölgələrdə yaşayan rəssamlar öz bioqrafiyalarını, əlaqə nömrələri, əvvəlki təcrübələri və cari fəaliyyətləri haqqında məlumatları qalereyas@bk.ru ünvanına göndərmələri kifayətdir. Əlavə məlumat üçün 077-717-33-37 nömrəsi ilə əlaqə saxlamaq olar.