Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri “İsrailin ümid qapıları” adlı Beynəlxalq  virtual musiqi festival-müsabiqəsinə  (“First İnternational Musical Virtual Festival Competition İsrael Gates of Hope”) qatılıblar. 

Beynəlxalq müsabiqələr laureatları, IV sinif şagirdləri Gülüstan Mirzəyeva və Xəlil Mütəllibov İsrail, Avstraliya, Amerika, Rusiya, Ukrayna gənc ifaçılarının qatıldığı müsabiqədə fortepiano dueti nominasiyasında 14-16 yaş qrupu arasında çıxış ediblər.

Onların ifaları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və 1-ci yerə layiq görülüb.

Müsabiqənin münsiflər heyətində məşhur musiqiçilər təmsil olunub.