Başqırdıstan Dövlət Gənclər mükafatı laureatı, istedadlı nasir Aygiz Baymuxammetin “Getmə, ana” əsəri Azərbaycan dilində nəşr olunub.. Əsəri dilimizə Aygün Yaşar çevirib. Kitabın redaktoru və layihə rəhbəri Əkbər Qoşalıdır.

 “Getmə, ana” povesti Aygiz Baymuxammetin Azərbaycanda nəşr olunan ilk əsəridir. Bu barədə kitabın ön söz müəllifi, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Ön sözdə qeyd edilir ki, xalqlar, ölkələr arasında ədəbi-mədəni əlaqələrin inkişafı özünəməxsus mövqeyə malikdir. Əgər söhbət qardaş̧ xalqlar arasındakı əlaqələrdən gedirsə, bu mövqe həm tarix əsasları, həm də gələcək baxımından xüsusi əhəmiyyət kəsb edir. Vurğulanır ki, əsərin mövzusu, dövlət uşaq tərbiyə müəssisəsindən, bir səhər, bir ölkə daxilində baş verənlərdən götürülməsindən asılı olmayaraq, bugünkü insanın -bizimlə, eyni zamanda, yaşayan, eyni Günəsə baxan, eyni Ayı qarşılayan, bir çox hallarda eyni və ya bənzər informasiyaları eşidən, eyni texnikadan istifadə edən insanın yaşantılarını əks etdirir. Belə bir əsərin Azərbaycanda da yayımlanması həm yaxşı bir əsəri dilimizə qazandırmaq baxımından, həm də Azərbaycan-Başqırd ədəbi-mədəni əlaqələrinin inkişafı baxımından təqdirəlayiqdir.

Qənirə Paşayeva yazır ki, günümüzün gerçəkliyi və İKT-nin yaratmış̧ olduğu geniş̧ imkanlar məsafələri aradan qaldırır. Bu baxımdan, dünyanın çox böyük hissəsini əhatə edən türk dünyasında da ədəbi-mədəni əlaqələrin yüksələn xətlə inkişaf etməsi sevindirici haldır: “Başqırd ədəbiyyatı nümayəndələrindən Salavat Yulayoğlu, Mustay Kərim adları bizlərə daha çox tanışdır. Əslində, zəngin şifahi xalq yaradıcılığı və tatar-başqırd ortaq ədəbi abidələrinin də akademik çevrələrlə məhdudlaşmaması, çağdaş̧ oxucuya geniş̧ surətdə təqdim olunması ümumi isin xeyrinə olardı. Aygiz Baymuxammetin povestini bu istəklər fonunda yaxşı bir başlanğıc saya bilərik”.

Qeyd edək ki, kitab Dünya Gənc Türk Yazarlar Birliyi və “Regional Hüquqi və İqtisadi maarifləndirmə” İctimai Birliyi tərəfindən nəşrə hazırlanıb. Müəllifinə ölkəsində Gənclər mükafatı qazandıran povest, bir sıra dillərə çevrilib, Başqırdıstanın və Qırğızıstanın tədris planına daxil edilib.