Qırğızıstanın Literatura.kg ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Уютное место в сквере” (“Bağçada rahat yer”) hekayəsini dərc edib.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, əsər “Yaxın xarici ölkələrdə ədəbiyyat – Azərbaycan” adlı bölmədə yerləşdirilib.

Literatura.kg portalının “Yaxın xarici ölkələrdə ədəbiyyat” bölməsi mütəmadi olaraq səhifələrində Rusiya, Belarus, Ukrayna, Özbəkistan, Tacikistan və digər ölkələrin ədəbiyyatına yer ayırır.