Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi 139-cu teatr mövsümünün açılışı münasibətilə videokonfrans keçirib.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə dövlət tərəfindən tətbiq edilən sosial izolyasiya tədbirləri barədə ətraflı məlumat verib. Bildirib ki, bu tədbirlər və müvafiq qaydalar hər birimizin sağlamlığı üçün lazımdır.

Çıxış zamanı yeni mövsümdə teatrın fəaliyyətinin Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara uyğun olaraq davam etdiriləcəyini bildirən direktor onlayn məşqlər barədə də danışıb.

Sonra videokonfransda kollektivin bəzi üzvləri çıxış edərək fikirlərini bildiriblər.