Britaniyalı dramaturq və ssenarist Ronald Harvud 85 yaşında vəfat edib. Yazıçı sentyabrın 9-da Sasseks şəhərindəki evində dünyasını dəyişib.

Qeyd edək ki, Ronald Harvud 2003-cü ildə məşhur “Pianoçu” filminin (rejissor Roman Polanski) ssenari müəllifi kimi “Oskar” mükafatına (“Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyası) layiq görülüb. O, həmçinin 2008-ci ildə “Skafandr və kəpənək” filminin ssenarisinə görə BAFTA (Britaniya Kino və Televiziya Sənəti Akademiyası) mükafatını qazanıb.

SƏBİNƏ