Xaçmazda səyyar sərginin vaxtı uzadılıb

“YARAT” Müasir İncəsənət Məkanının bu ilin mart ayında Xaçmaz Dövlət Rəsm Qalereyasında incəsənət həvəskarları üçün təşkil etdiyi “Yenə o bağ olaydı” adlı səyyar sərginin vaxtı uzadılıb. Karantin dövründə fəaliyyətini dayandıran qalereya yenidən sənətsevərləri qəbul etməyə hazırdır. Sərgi ziyarətçilər üçün noyabrın 27-dək açıq olacaq.

Sərginin ekspozisiyasında rəssamlar Ag­̆ababa Bag­̆ırov, Etibar İsmayılov, Günay Əliyeva, Mousa Bəyzadə, Nəzrin Məmmədova, Vüsalə Ag­̆arazıyeva, Leyli Qafarova kimi gənc sənətc­̧ilərin və italiyalı rəssam Mikelancelo Pistolettonun əsərləri təqdim olunur. Bununla yanas­̧ı, sərgi Ruslan Abbasov, Günel Axundlu, Rəna Bəs­̧irova, Timo Herbst, Orxan Hüseynov, Mersedes Şturm-Li və Fərid Rəsulovun əsərlərini özündə ehtiva edən videoskrininq proqramı ilə müs­̧ayiət olunur. Həmc­̧inin, “YARAT” “Nargis Magazine” ilə birgə əməkdaşlıq çərçivəsində “Recycle Project” (2019) layihəsinə daxil olan “Pablik art” proqramını təqdim edir. Burada Rəs­̧ad Ələkbərovun “Reuse, Reduce, Recycle” instalyasiyası nümayiş olunur.