Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabrın 15-nə olan məlumatına görə, koronavirus (COVİD-19) infeksiyasına 114 yeni yoluxma faktı qeydə alınıb, 138 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 38 517 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35 998 nəfər müalicə olunaraq sağalıb, 566 nəfər vəfat edib, aktiv xəstə sayı 1953 nəfərdir.