Sentyabrın 17-də Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon Mədəniyyət Mərkəzinin “Gənclik” instrumental ansamblının və rayonun Xalq teatrının təqdimatında dahi bəstəkar, Azərbaycan peşəkar musiqi sənəti və milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin 135 illik  yubileyinə həsr  olunmuş konsert proqramı keçirilib.

Regional idarənin və Mədəniyyət mərkəzinin sosial şəbəkə səhifələrində canlı yayımlanan konsert proqramında “Gənclik” instrumental ansamblının ifasında bəstəkarın “Koroğlu” operasından uvertüra, müğənnilərin ifasında “Sevgili canan” və “Sənsiz” romansları, digər musiqi nümunələri, Mədəniyyət mərkəzinin “İgidlər” rəqs qrupunun ifasında “Süleymani” rəqsi və Ağdaş Xalq teatrının ifasında “Arşın mal alan”  operettasından səhnəcik təqdim olunub.