Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 1995-ci il tarixli fərmanı ilə dahi bəstəkar, professional musiqi sənətimizin banisi, mədəniyyət salnaməmizdə bir çox ilklərin müəllifi olan Üzeyir Hacıbəylinin doğum günü milli musiqi bayramı – “Üzeyir Musiqi Günü” kimi qeyd olunur. 2009-cu ildən başlayaraq hər il 18 sentyabrda başlanan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı da bu əlamətdar tarixə əlavə rəng qatıb. Ötən illərdə Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən ənənəvi festival müxtəlif ölkələrdən görkəmli musiqiçiləri, bədii kollektivləri, solistləri, dirijorları, musiqişünas alimləri dahi bəstəkarın sənət işığında bir araya gətirib.

Builki milli musiqi bayramı bəstəkarın anadan olmasının 135 illiyinə təsadüf edir. Lakin mövcud pandemiya səbəbindən bu il festivalın ənənəvi miqyasda keçirilməsi mümkün deyil. Mövcud vəziyyət nəzərə alınaraq Üzeyir Hacıbəyli festivalı bu dəfə televiziya festivalı formatında təqdim olunacaq.

Üzeyir Hacıbəylinin 135 illiyinə həsr olunan telefestival Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının birgə layihəsidir.

19-30 sentyabr tarixlərində keçiriləcək festivalın proqramı ötən illərdə gerçəkləşmiş festivalların konsertlərdən tərtib olunub və hər gün “Mədəniyyət” kanalında təqdim olunacaq.

***

Üzeyir Hacıbəyli Televiziya Festivalının proqramı

 

19 sentyabr (saat 19:45)

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının açılışı (2019)

Çıxış edir Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri

Dirijor: Rauf Abdullayev

 

20 sentyabr (21:00)

Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş Beynəlxalq Musiqi

Festivalı (2010)

Ü.Hacıbəyli- “O olmasın, bu olsun” musiqili komediyası

 

21 sentyabr (19:15)

Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı (2016)

Ü.Hacıbəyli - “Leyli və Məcnun” operası

 

22 sentyabr (03:45)

Üzeyir Hacıbəyli V Beynəlxalq Musiqi Festivalı (2013)

Fortepiano dueti axşamı

Vilija Paskute və Tomas Daukantes (Litva)

 

22 sentyabr (20:00)

Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı (2015)

Azərbaycan Dövlət Simfonik Orkestrinin Konserti

Dirijor: Əyyub Quliyev

 

23 sentyabr (04:55)

Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı (2016)

Orfeon Kamera Xorunun konserti

Dirijor: Elnarə Kərimova

 

23 sentyabr (20:15)

Üzeyir Hacıbəyli V Beynəlxalq Musiqi Festivalı (2013)

Münhen Yeni Filarmonik Orkestrinin Konserti

Dirijor: Fuad İbrahimov

 

24 sentyabr (03:15)

Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı (2011)

Azərbaycan Dövlət Xor Kapellasının konserti

Dirijor: Gülbacı İmanova

 

24 sentyabr (20:30)

Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı (2015)

Liyepaya Simfonik Orkestrinin konserti (Latviya)

Dirijor: Yalçın Adıgözəlov

 

25sentyabr (03:00)

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı (2019)

Fortepiano Musiqisi axşamı

Solist: Filipp Kopaçevski

 

25 sentyabr (20:00)

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı (2019)

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin

konserti

Dirijor: Fəxrəddin Kərimov

 

26 sentyabr (03:15)

Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı (2014)

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin

konserti

Dirijor: Rauf Abdullayev

 

26 sentyabr (19:20)

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı (2019)

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri

Dirijor: Dmitri Xoxlov

 

27 sentyabr (21:00)

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı (2019)

Q.Qarayev adına Dövlət Kamera Orkestri və Bakı Gənclər

Kamera Orkestri

Dirijor: Yalçın Adıgözəlov

 

28 sentyabr (**)

Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı (2011)

Vyana Dövlət Kamera Orkestrinin Konserti.

Dirijor: Əyyub Quliyev

Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı (2015)

Ü.Hacıbəyli - “Ər və arvad” musiqili komediyası

 

29 sentyabr (**)

Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı (2015)

Zaxari Paliaşvili adına Tbilisi Dövlət Kamera Orkestri

Dirijor: Fəxrəddin Kərimov

Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı (2016)

Millətlər Filarmoniyası Orkestri (Almaniya)

Dirijor: Yustuz Frantz

 

30 sentyabr (**)

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının bağlanış

konserti (2019)

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin

konserti

Dirijor: Mustafa Mehmandarov

Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı (2014)

Belorus Dövlət Kamera Orkestrinin Konserti

Dirijor: Yevgeni Buşkov

 

**“Mədəniyyət” kanalının 28 sentyabr – 4 oktyabr həftəsi üzrə tərtib olunacaq teleproqramının saatlarında