Müsəlman Şərqində ilk opera və operettanın yaradıcısı, milli bəstəkarlıq məktəbimizin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi münasibətilə Bolqarıstanın Kırcali şəhərindəki “Kadriye Latifova” Musiqili Teatrında “Arşın mal alan” musiqili komediyası tamaşaya hazırlanıb.

Layihə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi və ölkəmizin Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

Səhnə əsərinin rejissoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, rəssamı Tomiana Tomova- Naçevadır.

Bolqarıstanın zəngin tarixə malik olan Kırcali şəhərinin səhnəsində Üzeyir Hacıbəylinin ölməz operettasının premyerası oktyabr ayına planlaşdırılır.