“Xəzərin dalğaları” Bakı Beynəlxalq Sulu boya Festivalı çərçivəsində ustad dərsinin növbəti qonağı “İWS Azerbaijan” cəmiyyətinin sədr müavini, rəssam Səbinə İskəndər olacaq.

Akvarel həvəskarları ustad dərsini sentyabrın 25-də saat 12:00-da Xətai Sənət Mərkəzinin sosial media hesabları (Facebook – Xetaisenetmerkezi; İnstagram – @xetaisenetmerkezi) üzərindən canlı yayımla, eləcə də Azərbaycan Dövlət Rəsm Qalereyasının www.azgallery.az və Xətai Sənət Mərkəzinin www.xsm.az  saytı vasitəsilə izləyə bilərlər.

Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Sulu boya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzi tərəfindən təşkil olunan festival sulu boya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, yerli və xarici rəssamların yaradıcılığında Azərbaycanın təbiətini, abidələrini, mədəniyyətini və müasir inkişafını dünyaya göstərmək məqsədilə keçirilir.