İşçilərini ixtisar etməmək üçün ...

Böyük Britaniyanın Kral Akademiyası pandemiyanın yaratdığı böhran səbəbi ilə italyan heykəltəraş Mikelancelonun hazırladığı heykəli satmağı planlayır.

Akademiyadakı heyətin sayını azaltmamaq üçün dəyəri 100 milyon funt-sterlinq olan heykəlin satışı çıxış yolu kimi görünür. Akademiyada çalışan 150 işçinin ixtisarının qarşısının alınması məqsədilə keçirilən iclasda maliyyə sıxıntısının qarşısının alınması üçün belə bir addım atılması fikri irəli sürülüb.

Böyük Britaniyadakı bir çox incəsənət müəssisələri kimi Kral Akademiyası da, COVİD-19 pandemiyasının yaratdığı böhrana məruz qalıb və gəliri 75 faiz aşağı düşüb.

Mikelancelonun müəllifi olduğu “Taddei Tondo” adlı heykəlin 515 yaşı var. Heykəl 1829-cu ildən London qalereyasındadır.

İLONA