Biz birlikdə güclüyük! Zəfər bizimlədir!

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri yenidən genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdur. Xain düşmənin təxribatı nəticəsində Azərbaycanın mülki əhalisi və hərbçilərimiz arasında həlak olanlar və yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin!

Beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistanın növbəti silahlı təxribatı Azərbaycan ictimaiyyəti, mədəniyyət xadimləri və yaradıcı şəxslər tərəfindən hiddətlə qarşılanır.

Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və təxribatları nəticəsində ölkəmizin ərazisinin təqribən 20 faizinin işğal edilməsi, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnmişdir. Ermənistanın işğalçı ordusu tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri, 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi və çoxsaylı mədəniyyət sərvətlərimiz talan və məhv edilmişdir.

Ermənistanın Azərbaycan və dünya mədəniyyətinə qarşı vandalizm aktları "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" UNESCO-nun 1954-cü il Haaqa Konvensiyasına, "Dünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasına, “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına və digər beynəlxalq sənədlərə ziddir.

BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Assambleyasın 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq sənədləri ilə təsdiq olunan Ermənistanın işğalçılıq və təcavüzkar fəaliyyətləri davam edir.

Belə həssas zamanda mənfur düşmən dövlətimizə qarşı aktiv və təxribatçı informasiya müharibəsi də aparır. Ermənilər və ermənipərəst qüvvələr internet mediada, sosial şəbəkələrdə, bloqlarda, forumlarda Azərbaycana qarşı dezinformasiyaları dövriyyəyə buraxır, əsassız, həqiqətə uyğun olmayan məlumatlarla beynəlxalq ictimai rəydə ölkəmizlə bağlı mənfi rəy formalaşdırmağa çalışırlar.

Hazırda cəbhə bölgəsində, xalqımızın əzəli torpaqlarında Ermənistan tərəfinin təxribatlarının davam etdiyi bu çətin günlərdə Azərbaycan xalqını milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlara inanmamağa, Ali Baş Komandanımızın, rəşadətli Ordumuzun ətrafında sıx birləşməyə çağırırıq.

Azərbaycan xalqı öz tarixində bütün müharibə və döyüşlərdə böyük şücaət nümayiş etdirmiş, ən çətin mərhələlərdə ona qarşı həyata keçirilən təcavüzkar fəaliyyətlərin qarşısını qəhrəmanlıqla almışdır.

Unutmayaq ki,  tarixi ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir.

Tanrı Azərbaycanı və Azərbaycan əsgərini qorusun, xalqımıza və Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin!

Biz birlikdə güclüyük! Zəfər bizimlədir!

 

Tahir Salahov – SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti

Zeynəb Xanlarova – SSRİ və Azərbaycanın Xalq artisti

Fidan Qasımova  – SSRİ və Azərbaycanın Xalq artisti

Fərhad Bədəlbəyli – SSRİ və Azərbaycanın Xalq artisti

Ömər Eldarov - Xalq rəssamı, ADRA-nın rektoru, akademik

Fərhad Xəlilov – Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı

Azərpaşa Nemətov – Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, rejissor

Firəngiz Əlizadə  – Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti

Anar Rzayev - Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı

Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti

Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi,

Elçin Əfəndiyev - Xalq yazıçısı

Kamal Abdullayev - Xalq yazıçısı

Çingiz Abdullayev - Xalq yazıçısı

Nəriman Həsənzadə - Xalq şairi

Afaq Məsud - Xalq yazıçısı

Ramiz Rövşən - Xalq şairi

Mövlud Süleymanlı - Xalq yazıçısı

Sabir Rüstəmxanlı - Xalq şairi

Vahid Əziz - Xalq şairi

Natiq Rəsulzadə - Xalq yazıçısı, kinodramaturq

Arif Babayev - Xalq artisti, xanəndə

Əlibaba Məmmədov - Xalq artisti, xanəndə

Xuraman Qasımova – Xalq artisti, opera müğənnisi

Tofiq Bakıxanov - Xalq artisti, bəstəkar

Rauf Abdullayev - Xalq artisti, dirijor

Siyavuş Kərimi - Xalq artisti, bəstəkar

Fərəc Qarayev - Xalq artisti, bəstəkar

Eldar Quliyev - Xalq artisti, kinorejissor

Oqtay Mir-Qasım - Xalq artisti, kinorejissor

Ramiz Fətəliyev - Xalq artisti, rejissor, kinodramaturq

Vasif Babayev - Xalq artisti, rejissor

Vaqif Mustafayev - Xalq artisti, kinorejissor

Rasim Balayev - Xalq artisti, aktyor

Həmidə Ömərova - Xalq artisti,aktrisa

Sərdar Fərəcov - Xalq artisti, bəstəkar

Faiq Sücəddinov - Xalq artisti, bəstəkar

Rəfiqə Axundova - Xalq artisti, baletmeyster

Maqsud Məmmədov - Xalq artisti, baletmeyster

Fəxrəddin Kərimov - Xalq artisti, dirijor

Ramiz Quliyev - Xalq artisti, tarzən

Azər Zeynalov - Xalq artisti, opera müğənnisi

Alim Qasımov - Xalq artisti, xanəndə

Mənsum İbrahimov - Xalq artisti, xanəndə

Elçin Əzizov - Xalq artisti, vokalçı

Dinarə Əliyeva - Xalq artisti, vokalçı

Teymur Göyçayev - Xalq artisti, dirijor

Səkinə İsmayılova - Xalq artisti, xanəndə

Nəzakət Teymurova - Xalq artisti, xanəndə

Mələkxanım Əyyubova - Xalq artisti, xanəndə

Aygün Bayramova - Xalq artisti, xanəndə

Zabit Nəbizadə - Xalq artisti, xanəndə

Murad Adıgözəlzadə - Xalq Artisti, pianoçu

Murad Hüseynov - Xalq artisti, pianoçu

Salman Qəmbərov - Xalq artisti, caz ifaçısı

Cəmil Əmirov - Xalq artisti, caz ifaçısı

Əli Əsgərov - Xalq artisti, opera müğənnisi

Kamilla Hüseynova - Xalq artisti, baletmeyster

Əkrəm Poladov - Xalq artisti, opera müğənnisi

Fidan Hacıyeva  - Xalq artisti, opera müğənnisi

Qərinə Kərimova - Xalq artisti, opera müğənnisi

Samir Cəfərov – Xalq artisti, opera müğənnisi

Gülağası Mirzəyev - Xalq artisti, balet artisti

Sakit Məmmədov – Xalq rəssamı

Salhab Məmmədov – Xalq rəssamı

Ağaəli İbrahimov– Xalq rəssamı

Mirnadir Zeynalov – Xalq rəssamı

Tofiq Ağababayev – Xalq rəssamı

Çingiz Fərzəliyev - Xalq rəssamı

Fazil Nəcəfov - Xalq rəssamı

Akif Əsgərov – Xalq rəssamı

Natiq Əliyev– Xalq rəssamı

Eldar Mikayılzadə - Xalq rəssamı

Nurəddin Mehdixanlı – Xalq artisti, aktyor

Rafiq Əzimov– Xalq artisti, aktyor

Hacı İsmayılov– Xalq artisti, aktyor

Məleykə Əsədova – Xalq artisti, aktrisa

Laləzar Mustafayeva– Xalq artisti, aktrisa

Firəngiz Mütəllimova– Xalq artisti, aktrisa

Əjdər Həmidov – Xalq artisti, aktyor

Bəsti Cəfərova – Xalq artisti, aktrisa

Bəxtiyar Xanızadə – Xalq artisti, rejissor, aktyor

Kazım Abdullayev – Xalq artisti, aktyor

Sabir Məmmədov– Xalq artisti, aktyor

Əli Nurzadə – Xalq artisti, aktyor

İlham Namiq Kamal – Xalq artisti, aktyor

Cəfər Namiq Kamal – Xalq artisti, aktyor

Afaq Bəşirqızı – Xalq artisti, aktrisa

Ramiz Məmmədov – Xalq artisti, aktyor

Fatma Mahmudova – Xalq artisti, aktrisa

Aleksandr Şarovski – Xalq artisti, rejissor

Məbud Məhərrəmov – Xalq artisti, aktyor

Natalya Şarovskaya – Xalq artisti, aktrisa

Lyudmila Duxovnaya – Xalq artisti, aktrisa

Mirzə Səfa Mirzəhəsənov – Xalq artisti, aktyor

Yevgeniya Nevmerjitskaya – Xalq artisti, aktrisa

Fəxrəddin Manafov – Xalq artisti, aktyor

Aleksandra Nikuşina – Xalq artisti, aktyor

İranə Tağızadə – Xalq artisti, rejissor

Cənnət Səlimova – Xalq artisti, rejissor

Vaqif Əsədov – Xalq artisti, rejissor

Yasin Qarayev – Xalq artisti, aktyor

Naibə Allahverdiyeva – Xalq artisti, aktrisa

Nubar Novruzova – Xalq artisti, aktrisa

Qurban İsmayılov – Xalq artisti, aktyor

Məmmədsəfa Qasımov – Xalq artisti, aktyor

Vidadi Həsənov – Xalq artisti, aktyor

Aydın Kazımzadə - Əməkdar incəsənət xadimi, kinoşünas

Bəhram Osmanov – Əməkdar incəsənət xadimi, rejissor

Mehriban Ələkbərzadə – Əməkdar incəsənət xadimi, rejissor

Ayaz Salayev– Əməkdar incəsənət xadimi, kinoşünas

Sahib Paşazadə - Əməkdar artist, tarzən

Elvin Hoca Qəniyev - Əməkdar artist, violin ifaçısı

Elnur Əhmədov - Əməkdar artist, kamança ifaçısı

Elçin Həşimov - Əməkdar artist, tarzən

Əyyub Quliyev - Əməkdar artist, dirijor

Rain Sultanov – Əməkdar artist, caz ifaçısı

İsfar Sarabskiy - Əməkdar artist, caz ifaçısı

Emil Əfrasiyab - Əməkdar artist, caz ifaçısı

Şahin Növrəsli -- Əməkdar artist, caz ifaçısı

Eldar Qurbanov – Əməkdar rəssam

Rafael Abbasov– Əməkdar rəssam

Rafael Muradov – Əməkdar rəssam

Rəşad Mehdiyev – Əməkdar rəssam

Vüqar Muradov – Əməkdar rəssam

Məmmədhüseyn Hüseynov– Əməkdar rəssam

Natiq Səfərov – Əməkdar rəssam

Məlik Ağamalov– Əməkdar rəssam

Mikayıl Əbdürrəhmanov – Əməkdar rəssam

Altay Sadıqzadə– Əməkdar rəssam

İnna Kostina– Əməkdar rəssam

Yelena Haqverdiyeva – Əməkdar rəssam

Hüseyn Haqverdiyev – Əməkdar rəssam

Ülviyyə Həmzəyeva – Əməkdar rəssam

Aydın Rəcəbov – Əməkdar rəssam

Ədhəm Yusifov – Əməkdar rəssam

Nicat Kazımov – Əməkdar artist, rejissor

Fuad İbrahimov – Əməkdar artist, dirijor