AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin “Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun üzvlərinə müntəzəm olaraq açıq dərslər keçirilir.

Muzeydən bildirilib ki, növbəti dərsin iştirakçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Turizm və Menecment Universitetinin muzeyşünaslıq ixtisası üzrə bakalavr pilləsində təhsil alan II və III kurs tələbələri olub. Muzeyin Arxeologiya elmi-fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə “Muzeydə arxeoloji materialların mühafizəsi qaydaları” mövzusunda mühazirə oxuyub və tələbələri maraqlandıran sualları cavablandırıb.

Tələbələr muzeydə qurulmaqda olan yeni ekspozisiya ilə də tanış olublar.