Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə İkinci Dünya müharibəsində Fransada antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə virtual sərgi açılıb.

Sərgidə qəhrəmanın ailə arxivindən götürülmüş fotolar, Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş II Dünya müharibəsi dövrünə aid rəsm əsərləri nümayiş etdirilir. Nümunələr Mədəniyyət Nazirliyi tərəfindən keçirilən Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsinin qalibi, gənc bəstəkar Tural Məmmədlinin “Zəfər müjdəsi” marşının fonunda təqdim edilir.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.