Nuru paşanın həyatından bəhs edən animasiya filmi

Türkiyədə Qafqaz İslam Ordusunun müzəffər komandanı Nuru paşanın həyatından bəhs edən animasiya filmi hazırlanıb.

Ekran əsərində Nuru paşanın həyat hekayəsi, İstanbulda qurduğu silah fabriki, ölkə iqtisadiyyatına verdiyi töhfələr və rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun 1918-ci ilin 15 sentyabrında Bakının erməni-bolşevik işğalından azad edilməsində rolundan bəhs edilir.

Qeyd edək ki, Türkiyənin Müdafiə Sənayesi Nazirliyi tərəfindən tarixi şəxsiyyətləri gələcək nəsillərə daha yaxından tanıtmaq məqsədilə reallaşan layihə çərçivəsində ilk film Nuru paşaya həsr olunub.