Bakı Şəhər Mədəniyyət Baş İdarəsi “Qələbə Günü” adlı I onlayn festival-müsabiqə keçirib.

İdarədən bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd sosial izolyasiya şəraitində musiqi təhsilinin inkişafdan qalmaması, istedadlı uşaq və gənclərin dəstəklənməsi və yaradıcılıq potensiallarının yüksəldilməsidir.

Rauf Hacıyev adına 15 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri onlayn müsabiqədə uğurla çıxış ediblər. Məktəbin Fortepiano və xalq çalğı alətləri şöbəsinin şagirdləri müxtəlif dərəcəli diplomlarla təltif olunublar.

Fortepiano nominasiyası üzrə Əbdüləli Hüseynli, Prezident təqaüdçüsü Cəmil Sədizadə fəxri fərmanla, Lalə Nəcəfova, Samirə Cəfərli I dərəcəli diplomla, Kubra Həşimli II dərəcəli diplomla mükafatlandırılıblar.

Xalq çalğı alətlər nominasiyası üzrə Orxan Hüseynov II dərəcəli (kamança ixtisası), Zərəndam Azayeva III dərəcəli (qanun ixtisası) diplomlarla təltif olunublar.

Fortepiano ixtisası üzrə Əməkdar müəllimi Tamilla Məmmədova təşəkkürnamə ilə mükafatlandırılıb.